A24 Xeber

Şəkinin İslam Hafizlik Kollecində müəllim işləyən Elşad Şahmurovun qeyri-qanuni yolla işdən azad edilməsi məsələsi hələ də öz həllini tapmır.

Daha əvvəl də saytımıza müraciət edən Elşad Şahmurov məhkəmənin onun işə bərpa edilməsi haqda qərar verməsinə baxmayaraq, kollecin direktoru Rəhman Nuri Nadir oğlu qanuna riayət etmir və müəllimi incidir.

Həmin yazını burdan oxuya bilərsiniz.

Yenidən direktorun qanunsuz hərəkətləri ilə bağlı “A24.az”a zəng edərək şikayətlənən Elşad Şahmurov Apellyasiya məhkəsinə gedib çıxan işin yenə onun xeyrinə qərar verildiyini bildirdi:

“Şəki rayon Məhkəməsinin qərarından sonra mənə müəyyən təkliflər etdilər. Lakin onların heç biri normal təklif deyildi. Gah dedilər ki, Azərbaycanı tərk et, gah dedilər başqa yerə get və sair. Beləliklə, qarşı tərəf şikayət ərizəsi ilə Apellyasiya məhkəməsinə müraciət etdi. Şikayət ərizəsində hətta hansısa yüksək vəzifəli şəxslərin maraqlarını müdafiə etdiyini yazmışdı. Allaha şükür, orda da haqq, ədalət bərpa olundu. Bir daha mənim haqlı olduğum sübut olundu. Ancaq bu adam məni hələ də işə bərpə etmək istəmir”.

10 yaşında anasını, 11 yaşında isə atasını itirən, çətinliklər içərisində əvvəlcə internatda, daha sonra mədrəsədə böyüyən Elşad Şahmurov ali təhsillidir. Ailəlidir və 3 övladı ilə birlikdə kirayədə yaşayır: “Bu insan  fikirləşir ki, pulum qutarandan sonra başqa yerdə iş axtaracam və ya Azərbaycandan çıxıb gedəcəm. Bu şəkildə mənə qalib gəlmək istəyir”.

Daha sonra açıqlaması zamanı Elşad Şahmurov bir məqamı xüsusi vurğuladı. O bildirdi ki, kollecin direktoru Rəhman Nuri Nadir oğlu onun deyil, yuxarıda oturanların Elşad Şahmurov haqqında şikayət etdiyini söyləyir. Soruşanda isə bunları deyir: “Bir neçə yerdə deyib ki, bu iş məni aşıb, şikayəti mən etmirəm. Məndən yuxarıdakılar var. Soruşanda “kimdir o arxandakılar?” – ad vermir. Bəzi yerlərdə hallandırıb ki, guya mən məhkəməyə müraciət eləyərək direktoru deyil, Qafqaz Müsəlmanları İdarəsini şikayət etmişəm. Əməllərinə belə şəkil vermək istəyir ki, bəlkə Qafqaz Müsəlmanları İdarəsi arxasında dursun, məhkəməyə necəsə müdaxilə etsinlər. Açıqcası, mən inanmıram ki, Allahşükür Paşazadə hər hansı bir insanın əzilməsinə və yaxud haqsızlığa uğramış adamı əzməyə çalışsın. Amma bu insan belə deməklə gücünü göstərməyə çalışır”.

Kollecdə 5 illik fəaliyyətindən sonra niyə işdən çıxarıldığını, hansı səbəblərin gətirldiyini Elşad Şahmurov belə izah etdi:

“Vallah bilmirəm! Orda 5 il müəllim olaraq işləmişəm, uşaqlara Qurani-Kərimi əzbərlətmişəm. Allaha şükür, mənim tələbələrim gözəl oxuyublar, gəlib jurnala baxa da bilərlər. İşdən çıxaranda dedim ki, sən məni tələbələrimlə yoxlaya bilərsən, komissiya yarat, imtahan edin, uşaqların hazırlığını yoxlayın. Əgər tələbələrim pis nəticə göstərərlərsə, mən könüllü şəkildə ərizəmi yazıb çıxaram. Əks halda ərizəmi yazıb çıxmayacam. O isə mənə bildirdi ki, səni ən pis maddə ilə işdən çıxardacam və beləcə Əmək Məcəlləsinin 70ç bəndi ilə məni işdən çıxardı. Guya məktəbdə dələduzluq, valideynlərə qarşı kobudluq etmişəm. Hətta müəllimlərə yalandan şikayət ərizələri yazdıraraq məhkəməyə təqdim edib”.

2017-ci ilin sentyabr ayından işindən qovulan müəllim hazırda ailəsini ev tikmək üçün aldığı tikinti materiallarını satmaqla və aldığı sosial yardımla dolandırır. Hazırda işsizdir. İş üçün hara müraciət etsə də, ona işi məhkəmədə davam etdiyi və kollecin rəsmi işçisi olduğu üçün başqa yerdə iş verilmir. Kollecin direktoru Apellyasiya məhkəməsində uduzmasına baxmayaraq, hazırda Ali Məhkəməyə müraciət edib və qərarın dəyişdirilməsinə çalışır. Hətta Elşad Şahmurova QMİ sədri Allahşükür Paşazadənin adından “Heç vaxt işə bərpa olunmayacaqsan. Şeyx Allahşükür Paşazadə Ali Məhkəməyə tapşırıb və əvvəlki məhkəmə qərarları ləğv olunacaq” deyir.

Qeyd edək ki, adıçəkilən Şəki Hafizlik Kolleci 25 ildir ki, fəaliyyət göstərir və Qafqaz Müsəlmanları İdarəsinə tabedir. Bundan başqa, bu, kollecin direktoru Rəhman Nuri Nadir oğlu barəsində yayımlanan ilk şikayət hadisəsi deyil. Qanunsuz dini ədəbiyyat satdığına görə polis tərəfindən saxlanılan direktor məsuliyyətə də cəlb edilib.

“Azerbaycaninfo.az” saytına açıqlama verən kollecin direktorunun səs yazısını təqdim edirik:

A24.az

Şəkinin İslam Hafizlik Kollecində müəllim işləyən Elşad Şahmurovun qeyri-qanuni yolla işdən azad edilməsi məsələsi hələ də öz həllini tapmır. Daha əvvəl də saytımıza müraciət edən Elşad Şahmurov məhkəmənin onun işə bərpa edilməsi haqda qərar verməsinə baxmayaraq, kollecin direktoru Rəhman Nuri Nadir oğlu qanuna riayət etmir və müəllimi incidir. Həmin yazını burdan oxuya bilərsiniz. Yenidən direktorun […]

Allahşükür Paşazadənin tapşırığı ilə Şəkidə müəllim işdən qovuldu? – VİDEO

455