Almaniya açıq şəkildə Türkiyəyə qarşı çıxdı - "Dayandırın əməliyyatı"

Almaniya açıq şəkildə Türkiyəyə qarşı çıxdı – “Dayandırın əməliyyatı”
Want create site? Find Free WordPress Themes and plugins.

Suriyadakı terroristlərə qarşı Türk əsgərlərinin əməliyyatı Amerika və Avropada böyük narahatlıq doğurdu.

A24.az xəbər verir ki, Almaniyanın Baş nazir Merkelin Xristian Demokrat Birlik Partiyasının spikeri olan Jürgen Hardt Türkiyənin Afrin bölgəsində terror təşkilatı YPG-yə qarşı davam etdirdiyi hərbi hərəkatın sona çatdırması və bölgədən çəkilməli olduğunu bildirib.

Jürgen Hardt “Hesab edirəm ki, bu əməliyyat qeyri-mütənasibdir, məncə, Türkiyə hökumətinin bu əməliyyatı tez bir zamanda dayandırması və Suriya ilə sərhədin idarə olunmasına diqqət yetirilməsi müdrik olacaq”.

Hazırda Afrində Türk Silahlı Qüvvələrinin Zeytun budağı əməliyyatının 33-cü günündə terrorçuları bölgədən təmizləməkdə davam edir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar