Almaniya Ben Ladenin mühafizəçisini deportasiya etdi

Almaniya Ben Ladenin mühafizəçisini deportasiya etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniya hökuməti bir vaxtlar Usama Ben Ladenin qoruması kimi çalışdığı iddia edilən Tunisli Sami A-nı deportasiya edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Almaniya Daxili işlər Nazirliyinin sözcüsünü müavini Annegret Korff açıqlamasında bildirib ki, Sami Anın səhər saatlarında deportasiya edilərək Tunis hüquq mühafizə orqanlarına təslim edilib.

Daxili işlər Nazirliyinin Sami A. hadisəsində Şimal Ren Vestfal əyalət orqanlarını dəstəklədiyini bildirən Korff, əcbənilərin qanununa görə, bir nəfər deportasiya edilib edilməyəcəyi və nə zaman ediləcəyi məsələsinin əyalətin səlahiyyətində olduğunu deyib. Alman Xəbər Agentliyi isə Gelsenkirchen İnzibati Məhkəməsinin Sami Aya işgəncə tətbiq etməyəcəyinə dair Tunisdən diplomatik təminat tələb olunduğunu, təminat gəlmədiyi üçün Sami Anın hələlik deportasiya edilməmə qərarını verdiyini qeyd edib. Məhkəmənin dünən verdiyi qərarın bu səhər Federal Miqrasiya və Qaçqın Dairəsinə çatdırdığı ancaq Sami Anın çoxdan deportasiya edildiyi qeyd edilib. Korff, məhkəmənin qərarına bağlı olaraq, deportasiya haqqında qərarlar vermə səlahiyyətinin Şimal Ren Vestflaya əyalətində yerləşdiyini, ətraflı məlumata malik olmadığını söyləyib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar