Almaniya da millisinin heyətini açıqladı: Dünya cempionatı üçün 

Almaniya da millisinin heyətini açıqladı: Dünya cempionatı üçün
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniya milli komandasının dünya çempionatı üçün yekun heyəti açıqlanıb.  

“A24”ın məlumatına görə, “23-lüy”ə 3 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu daxil edilib. Baş məşqçi Yoahim Löv ilkin heyətdən qapıçı Bernd Leno, müdafiəçi Conatan Ta və hücumçu Leroy Sane ilə Nils Peterseni çıxarıb.

Qapıçılar: Kevin trapp (“PSJ”, Fransa), Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Stegen (“Barselona”)

Müdafiəçilər: Jerom Boatenq, Mats Hummels, Niklas Zyule, Yozua Kimmix (hamısı “Bavariya”), Mattias Qinter (“Borussiya” Münhenqladbax), Yonas Hektor (“Köln”), Marvin Plattenxardt (“Herta”), Antonio Rüdiqer (“Çelsi”)

Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Yulian Draksler (PSJ), İlkay Gündoğan (“Mançester Siti”), Sami Xedira (“Yuventus”), Toni Kroos (“Real”), Sebastyan Rudi, Leon Qoretska, (“Bavariya”), Məsut Özil (“Arsenal”)

Hücumçular: Mario Qomes (“Ştutqart”), Marko Roys (“Borussiya” Dortmund), Tomas Müller (“Bavariya”), Timo Verner (“Leyptsiq”)

Qeyd edək ki, Almaniya yığma dünya çempionatında Meksika, Cənubi Koreya  və İsveç milliləri ilə F qrupunda mübarizə aparacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar