A24 Xeber

Almaniya hərbi texnikası Gürcüstana gətirildi – FOTOLAR

Almaniya hərbi texnikası Gürcüstana gətirildi – FOTOLAR
51
28 İyul 2018 - 15:50

NATO-nun Gürcüstanda keçiriləcək “Layiqli tərəfdaş 2018” çoxmillətli təlimlərinə qatılacaq Almaniya hərbi texnikası Gürcüstana gətirilib.

Hərbi texnikaya piyada döyüş maşınları və digər hərbi avadanlıqlar daxildir.

Hərbi texnika ilə yanaşı Almaniya Silahlı Qüvvələrinin hərbçiləri də Gürcüstana gəlib.

Qeyd edək ki, “Layiqli tərəfdaş 2018” hərbi təlimlərinə avqustun 1-də Vaziani hərbi bazasında start veriləcək. Avqustun 15-nə qədər davam edəcək təlimlərdə Azərbaycanla yanaşı 12 ölkənin 3 mindən çox hərbçisi iştirak edəcək. Təlimlərə qatılacaq ABŞ hərbi texnikası və bir qrup hərbçi artıq Gürcüstandadır. //APA

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00