Almaniya kimin tərəfində durduğunu göstərdi - Türkiyəyə silah ixracını azaltdı

Almaniya kimin tərəfində durduğunu göstərdi – Türkiyəyə silah ixracını azaltdı
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniya hökuməti Suriyadakı terrorçulara qarşı əməliyyat keçirən Türkiyəyə silah ixracını azaldıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Türkiyənin “Zeytun budağı” əməliyyatından sonra PYD/PKK-lı terrorçulara qarşı mübarizəsi Almaniya parlamentində sərtliklə qarşılanmışdı.

Müzakirələr zamanı müxalifət partiyasının üzvləri iqtidarlara Türkiyəyə silah satmamaq mövzusunda təzyiq göstərirdi. Martın 14-də yeni yaradılan hökumətin müxalif sol partiyasına verdiyi hesabatda Türkiyəyə silah ixracının azaldıldığını göstərir.

Beləliklə, 14 mart – 20 aprel tarixləri arasında Türkiyəyə sadəcə bircə dəfə silah ixracına icazə verilib. Türkiyəyə icazə verilən silah ixracatının 1926 avro dəyərində olduğu bildirilir. Ötən ilin eyni dövründə isə Türkiyəyə 3 milyon 300 min avro dəyərində silah ixracatına icazə verilmişdi.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar