Almaniya mətbuatı: Orduda əsgər çatışmazlığı var

Almaniya mətbuatı: Orduda əsgər çatışmazlığı var
Want create site? Find Free WordPress Themes and plugins.

Alman mediasında yer alan xəbərlərə görə, Almaniyada silahlı qüvvələrdəki hərbi kadr çatışmazlığının Aİ üzvü olan ölkələrdə ordu təcrübəsi olan vətəndaşlar vasitəsilə aradan qaldırılmasının planlaşdırıldığı qeyd edilib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Alman Xəbər Agentliyinə (DPA) açıqlama verən Müdafiə Nazirliyi rəsmisi, Alman ordusunun inkişaf yolunda olduğunu və yüksək səviyyəli insan ehtiyacı olduğunu bildirərək, bütün variantların diqqətlə araşdırdığını qeyd edib. Səlahiyyətli şəxs, ölkədə 2016-ci ildə açıqlanan yeni təhlükəsizlik siyasəti çərçivəsində Aİ ölkələrindən Alman ordusuna qəbulların yenidən gözdən keçirilməsinnə işarə edərək, bütün bunların yeniləşən insan resursları strategiyasına daxil olduğunu bildirdi. Sosial Demokrat Partiyasının (SPD) müdafiə siyasəti sözçüsü Karl-Haynts Brunner də mövzuya dair Alman mediasına verdiyi açıqlamada, ordunun tutduğu yeni insan resursları strategiyasının səhv olmadığı vurğulayaraq, ancaq Alman vətəndaşlığı vədi verilməsi vəziyyətində ordunun pullu orduya çevrilmək təhlükəsi olduğuna diqqəti çəkib. Həddindən artıq sağçı Almaniya üçün Alternativ (Afd) Partiyasının Məclis Qrup Başçısı Alisa Weidel isə əsgər kəsirinin məcburi hərbi xidmətin ləğv edilməsindən qaynaqlanır və bu vəziyyətin dərhal düzəldilməsi lazım olduğunu bildirib. Almaniyada 1957-ci ildə qüvvəyə minən məcburi səfərbərlik, 1 İyul 2011-ci ildə aradan qaldırıldı. Plan əsasən, Alman ordusunda cəmi personal sayının da 250 mindən 185 minə endirilməsi nəzərdə tutmuşdu. Məcburi hərbi qaydası konstitusiyadan çıxarılmamış ancaq praktiki hərbi könüllülük əsasına əsaslandırılmışdı.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar