A24 Xeber

Almaniya Prezidenti İlham Əliyevi təbrik edib

Almaniya Prezidenti İlham Əliyevi təbrik edib
29
19 Aprel 2018 - 20:49

 Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

A24.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Prezidentliyinizin yeni dönəmində Sizə səmimi qəlbdən ali dövləti vəzifənizin icrasında böyük qüvvət, uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

Almaniya gələcəkdə də Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaqdır. Biz birlikdə ikitərəfli münasibətlərimizi genişləndirmək istəyirik. Azərbaycan gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulan islahatlar prosesində daim Almaniyanın dəstəyinə güvənə bilər.

Biz Sizin ölkənizlə əməkdaşlığımızı ATƏT və Avropa Şurası kimi qurumların tərkibində davam etdirməyə ümid edirik və məmnuniyyətlə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da güclənməsinə səy göstərməyə hazırıq”.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00