A24 Xeber

Almaniyada naməlum şəxs insanlara atəş açıb – Ölən və yaralananlar var

Almaniyada naməlum şəxs insanlara atəş açıb – Ölən və yaralananlar var
22
20 May 2018 - 2:32

Almaniyanın Saar federal torpağının Fexingen yaşayış məntəqəsində naməlum şəxs insanlara atəş açıb.

A24.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli polisə istinadən “Saarbrücker Rundfunk” teleradio stansiyası məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Atışmanın terrorçuluqla bağlı olmasından hələ ki, söhbət getmir. İlkin məlumatlara görə, hadisə qurbanları bir ailənin üzvləridirlər.

Şübhəli şəxs saxlanılıb, vətəndaşlar üçün təhlükə yoxdur. Hadisənin digər təfərrüatları açıqlanmır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00