Almaniyadan şok qərar! Qondarma erməni soyqırımı abidəsi müsəlmanların qəbiristanlığında qoyulacaq

Almaniyadan şok qərar! Qondarma erməni soyqırımı abidəsi müsəlmanların qəbiristanlığında qoyulacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniyada Köln Şəhərinin Bələdiyyə sədri sözdə Erməni Soyqırımı abidəsi üçün razılıq verib.

A24.Az xəbər verir ki , Köln şəhərinin Bələdiyyə Məclisinin Baş Komissiyasında qəbul edilən qərara görə, abidə “Lehmbacher Weg qəbiristanlığı”nda tikiləcək.

Cəmi 5 min üzvü olan Köln Erməni-Xristian camaatının Yaşıl Sahələr Komissiyasına müraciətilə gündəmə gələn qondarma Soyqırımı abidəsi daha sonra Şikayət Komissiyasına göndərilib. 2015-ci ilin sonunda Şikayət Komissiyasından müsbət qərar verilməsilə məsələ Baş Komissiyanın gündəminə gəlmişdi.

Müsəlmanların da olduğu məzarlıqda tikiləcək

Bir hissəsi  müsəlmanlara aid olan “Lehmbacher Weg qəbiristanlığı”na sözdə Soyqırımı abidəsinin tikiləcəyi  Köln Türkləri Həmrəylik və Təşəbbüs Platformanın Sözçüsü Levent Taşkırın sərt reaksiyası ilə qarşılanıb. “Görüşlərdə biz hər tərəfdən insanların öldüyünü və bunların hamısının anılmalı olduğu ilə bağlı təklif vermişik. Bunu da isti qarşılamadılar. Bu şəkildə bir qərar verilməsi buradakı türklərə hörmətsizlikdir. Bu qərarı tanımırıq və anti-demokratik qərar kimi qiymətləndiririk”.

Köln Böyükşəhər Bələdiyyəsi Sədri Henriette Reker qərarın bütün fraksiyaların birliyi ilə qəbul edilməsini məmnuniyyətlə qarşıladığını açıqlayıb.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar