Almaniyaya viza almaq qaydaları dəyişdirildi 

Almaniyaya viza almaq qaydaları dəyişdirildi
Want create site? Find Free WordPress Themes and plugins.

Aprelin 10-dan “VisaMetric” şirkəti Almaniyanın Azərbaycandakı səfirliyinin tapşırığı ilə səfər məqsədi Almaniya olan şengen vizaları üçün sənəd qəbulunu həyata keçirəcək. 

A24.Az xəbər verir ki, bu barədə  səfirlikdən məlumat verilib.

Bildirilib ki, viza sənədlərinin qəbulu mərkəzi Nəsimi rayonu, Rəsul Rza küçəsi 75 ünvanında, Qış Parkı binasında yerləşir.

Mərkəz həftənin 1-5-ci günləri saat 08:30-dan 16:00-dək açıq olacaq.

Məlumata görə, qəbul saatlarının artırılması və görüş vaxtı təyin etmək üçün gözləmə vaxtlarının qısaldılması nəticəsində Almaniya səfirliyində şengen vizasına müraciət prosesi asanlaşdırılır. Ərizəçilər həmçinin yeni viza qəbulu mərkəzinin digər xidmətlərindən – biometrik şəkillərin çəkilişi və pasportların kuryer vasitəsilə göndərilməsindən yararlanmaq imkanı əldə edəcəklər. Şengen vizasına müraciət edən ərizəçilər ilk həftələrdə görüş vaxtı təyin etməli olacaqlar. Görüş vaxtını telefonla və ya “VisaMetric” şirkətinin internet səhifəsindən təyin etmək mümkündür.

May ayının ortasından müraciət üçün görüş vaxtı təyin etməyə ehtiyac qalmayacaq. Şengen vizaya müraciətə edilən dəyişiklik milli vizaya – ailə birləşməsi, təhsil və s. şamil olunmur.

Səfirlikdən bildirilib suallar olduğu təqdirdə həftənin 1-5-ci günləri saat 08:30-dan 12:30-dək, eləcə də 13:30-dan 17:00-dək “VisaMetric” şirkətinin telefon mərkəzinə (012) 599 88 12 zəng etmək mümkündür.

Ələvə məlumatı “VisaMetric”in internet səhifəsindən https://www.visametric.com/Azerbaijan/Germany/az eləcə də Almaniya səfirliyinin internet səhifəsindən www.baku.diplo.de əldə etmək mümkündür.

A24.Az 

 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar