Almanlar Azərbaycana bu heyətlə gəlir - SİYAHI

Almanlar Azərbaycana bu heyətlə gəlir – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Almaniyanın təxmini heyəti açıqlanıb.
A24.Az Apasport-a istinadla xəbər verir ki, Almaniya mətbuatı Bundestimin sabahkı qarşılaşmada 4-5-1 taktiki sxemi ilə meydana çıxacağını yazıb.

Zədəli Manuel Noyerin yoxluğunda çərçivəni Mark-Andre Ter Ştegenin qoruyacağına şübhə yoxdu.

Müdafiə xətti bütünlüklə Bundesliqada çıxış edən futbolçulardan ibarət olacaq. Mərkəzdə Jerom Boatenqi kimin əvəzləyəcəyi də bəllidi. Belə ki, Mats Hummelsə arxa xətdə Benedikt Hövedes tərəfdaşlıq edəcək. Yonas Ektor sol, Coşua Kimmix isə sağ cinahda komandamızın hücumlarının qarşısını almağa çalışacaqlar.

Baş məşqçi Yoahim Löv yarımmüdafiə xəttini iki hissəyə böləcək. Sami Xedira ilə Toni Kroos yarımmüdafiənin mərkəzində yer alacaqlar. Onların vəzifəsi həm yığmamızın hücumları zamanı müdafiə xəttinə kömək etmək, həm də orta sahədən oyun qurmaq olacaq.

Yüngül zədəsi olduğu üçün iştirakı sual altına düşən Məsut Özilin durumundan çox şey asılıdı. Türkiyə əsilli yarımmüdafiəçi hazır olarsa, pleymeyker funksiyasını yerinə yetirəcək. Cinahlarda isə Yulian Drakslerlə Tomas Müller hücuma dəstək verməyə çalışacaqlar.

Məşqçilər korpusu hücumun sivri ucunda Mario Qomesi oynatmağı planlaşdırır. Təbii ki, sabaha qədər zədəsi tam sağalarsa. Belə olacağı təqdirdə, Qomes qapımıza ən yaxın oyunçu olacaq. Əgər “Volfsburq”un forvardı matça yetişməzsə, Löv heyətdə bəzi yerdəyişmələr etməli olacaq. Belə ki, bu halda Müller hücumda yer alacaq, yarımmüdafiənin cinahında isə onu ya Leroy Sane, ya da Andre Şürrle əvəz edəcək.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan-Almaniya görüşü saat 21:00-da start götürəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar