A24 Xeber

Alpinistlər dəfn olunur – YENİLƏNİB

Alpinistlər dəfn olunur – YENİLƏNİB
108
17 May 2018 - 20:13

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərdən Babur Hüseynov dəfn edilib. 

A24.Az “Report”a istinadən xəbər verir ki, B.Hüseynovun nəşi Astara şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhumun yaxınları, ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, B.Hüseynov Astara şəhərində doğulub, orta məktəbi bitirdikdən sonra Bakıda ali məktəbə qəbul olub və burada yaşayıb.

18:06

Quba rayonunda meyiti tapılan alpinist Namin Nizami oğlu Bünyatzadə dəfn edilib.

A24.Az  Report-a istinadən xəbər verir ki, N.Bünyatzadə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib.

Dəfn mərasimində mərhumun yaxınları, ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

15:11

İtkin düşmüş alpinist Fəridə Cəbrayılzadə dəfn edilib.

A24.Az  Report-a istinadən xəbər verir ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadə Masallı rayonunun Şərəfə kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları və kənd sakinləri iştirak edib.

 

 

A24.Az

 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00