Alpinistlər harda dəfn olunacaq? 

Alpinistlər harda dəfn olunacaq?
Want create site? Find Free WordPress Themes and plugins.

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” – hava və ekstrim idman klubunun üzvlərindən biri Hüseynov Babur Vaqif oğlu Astara rayonunda dəfn olunacaq.

A24.Az xəbər verir ki,  bu barədə B.Hüseynovun qohumu Cəlalə Nəzəroğlu bildirib.

B.Hüseynovun meyiti Bakıya gətirilsə də, dəfn üçün Astaraya aparılacaq.

 Qeyd edək ki, Namin Nizami oğlu Bünyatzadənin meyiti Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Masallı rayonuna aparılıb.

Xatırladaq ki, 27 dekabr 2017-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.

Ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar