Alpinistlərin axtarışına yeni qrup qoşulacaq

Alpinistlərin axtarışına yeni qrup qoşulacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarına yeni alpinist qrupu qoşulacaq.

A24.az xəbər verir ki, “Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı deyib. Onun sözlərinə görə, yeni qrup yaxın günlərdə axtarışlara qoşulacaq:

“Axtarışlar davam edir. Hava şəraiti nisbətən normallaşdıb. Amma, hələ ki heç bir nəticə yoxdur”.

 Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
A24.az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar