Alpinistlərin axtarışında 42-ci gün: FHN helikopterləri işini hələ də davam etdirir

Alpinistlərin axtarışında 42-ci gün: FHN helikopterləri işini hələ də davam etdirir
Want create site? Find Free WordPress Themes and plugins.

“Alpinistlərin axtarışı davam edir, amma axtarışlar hələ heç bir nəticə verməyib”.

A24.Az xəbər verir ki, bu barədə Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi ərazidə yaradılan qərargahdan bildirilib.

Qeyd olunub ki, qərargah Mahmuddərə ərazisində yerləşir: “Ehtimal olunan hər yer axtarılır, axtarışlar üçün müxtəlif tərəflərə çıxılır. Təssüf ki, nəticə yoxdur. Heyətə gəlincə, gündəlik say dəyişir. Kimsə yorulur, xəstələnir, o çıxarılır, əvəzinə başqa adam salınır. Fövqaladə Hallar Nazirliyinin helikopteri ilə də axtarışlar davam etdirilir”.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Quba rayonda dağlıq ərazidə “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə itkin düşüb. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.//Report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar