A24 Xeber

AMEA Yüksək Texnologiyalar Parkında zirehli gödəkcə istehsal olunacaq

AMEA Yüksək Texnologiyalar Parkında zirehli gödəkcə istehsal olunacaq
120
13 Fevral 2018 - 11:26

AMEA-nın Yüksək Texnologiyalar Parkında zirehli gödəkcələrin istehsalını həyata keçirəcək müəssisənin təməli qoyulub.

“A24.az” xəbər verir ki, bu barədə “AzeriDefence”yə AMEA Yüksək Texnologiyalar Parkından məlumat verilib.

İstehsal sahələrinin təməlinin qoyulmasına həsr olunmuş tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, uzunmüddətli səmərəli fəaliyyət nəticəsində YT Parkda 6-ya yaxın rezident fəaliyyətə başlayıb.

Sonra AMEA İşlər İdarəsinin rəisi Fətəli Abdullayev bildirib ki, son zamanlar YT Parkda kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə bir sıra mühüm layihələr həyata keçirilib. Yaxın vaxtlarda isə bir sıra məhsulların bazara çıxarılması nəzərdə tutulur.

Tədbirin sonunda AMEA YT Parkının yeni rezidentlərinə sertifikalar təqdim olunub.

Qeyd edək ki, hazırda zirehli gödəkcələrin istehsalı ilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrindən biri məşğul olur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00