Amerika Azərbaycanın qarşısını kəsməyə çalışır - Səbəbi türk generalın şərhində - VİDEO

Amerika Azərbaycanın qarşısını kəsməyə çalışır – Səbəbi türk generalın şərhində – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə kanallardan birində Azərbaycanın qarşısını kəsmək istəyən Amerikanın əsil niyyəti barədə danışılıb.

“A24.az” xəbər verir ki, bu barədə ətraflı təqaüdə çıxmış general-polkovnik Fahri Erenel danışıb.

Dünyanı iqtisadi yöndən ələ almağa çalışan Amerikanın nəyə görə Azərbaycanın qarşısını kəsməyə çalışdığını izah edib:

“Dağlıq Qarabağda respublika qurulub, amma heç kimin xəbəri yoxdur. Qondarma respublikanın təmsilçisi gedir Amerikaya, məqsəd Azərbaycanı dizə gətirməkdir. Bu isə Azərbaycana ciddi şəkildə təsir edir. Hazırda Azərbaycan bir qədər Rusiya və Türkiyəyə yaxın durur. Dolayısı ilə artıq onun da qarşısını kəsməyə başlayırlar. Çünki bir neçə il ərzində Azərbaycanın borcları bitir və neftdən və digər sahələrdən əldə etdiyi gəlir hesabına inanılmaz şəkildə güclənəcək. Ona görə də Azərbaycanın qarşısını eyni şəkildə kəsməyə çalışırlar.

Onsuz da neft cəhətdən İraq deyə bir şey qalmayıb. Səudiyyə Ərəbistanına isə onsuz da istədiyini etdirir. Ona görə də Amerikanın orda dollarla oynamağına ehtiyac yoxdur. Misirdə də eyni şeyi etdi və inanılmaz şəkildə digər ərəb ölkələrini də ələ aldı. Dolayısı ilə Tramp dünyanı iqtisadi məsələlərlə idarə etməyə çalışır”.

“A24.az” türk mediasında yayımlanan görüntüləri təqdim edir:

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət, Media, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar