A24 Xeber

Amerika “Fisrt Lady” üçün narahatdır – Melania Tramp hardadır?

Amerika “Fisrt Lady” üçün narahatdır – Melania Tramp hardadır?
67
31 May 2018 - 10:51

ABŞ-ın “First Lady”si Melania Tramp mayın 10-dan bu yana 20 gündür ki, media qarşısına çıxmır. Bu, Amerikada gündəm olub.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, sonuncu dəfə böyrəyindən əməliyyat olunması Melania Tramp haqqında ortaya bəzi iddialar atıb.

Belə ki, “First Lady” sonuncu dəfə mayın 10-da Şimali Koreyanın azadlığa buraxdığı 3 ABŞ vətəndaşının qarşılanması mərasimində iştirak edib. Melania Tramp 4 gün sonra may ayının 14-də isə böyrəyindən əməliyyat olunub. Əməliyyatdan 5 gün sonra xəstəxanadan çıxdığı və hər şeyin yaxşı olduğu bildirilib.

Mayın 25-də Ağ Evin həyətində sualları cavablandıran ABŞ prezidenti Donald Tramp isə “Melania çox yaxşıdır, hətta hazırda pəncərədən bizə baxır” ifadələrini işlədib. Lakin həmin an kimsə pəncərədən baxmırmış.

Digər tərəfdən həmin müddətdə “Twitter” hesabından paylaşım edən “First Lady” əməliyyatı ilə bağlı heç bir şey yazmayıb.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00