Amerika kəşf edilməsəydi bu dadlardan xəbərimiz olmazdı - NECƏ Kİ ONLARIN XƏBƏRİ OLMADI - FOTOLAR

Amerika kəşf edilməsəydi bu dadlardan xəbərimiz olmazdı – NECƏ Kİ ONLARIN XƏBƏRİ OLMADI – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bugün bizə tanış olan meyvə və tərəvəzlərin 3/2-si Amerika qitəsindən gəlib. 1492-ci ildən öncə dünyanın ən özəl nemətlərini dadmadan həyatdan köçən bəxtsiz insanlara nəzər yetirək.

A24.Az xəbər verir ki, kartof bütün mətbəxlərin əsas özəyidir. Doyuruculuğu, bəsləyiciliyi və əlçatan olması onu ideal edir. Belə ki, bugün Skandinaviyanın donmuş torpaqlarında əlçatan yeganə qida kartofdur. Amerika kəşf edilməmişdən öncə köhnə dünyada tanınmayıb. Buna görə də Fatih Sultan Mehmet heç vaxt kartof yeməyib.

Kakao ağacları e.ə. 500-cü illərdə Amerikada yaşayan Olmeklər tərəfindən yetişdirilib. Yalnız ekvatorial və subevkatorial iqlim qurşağında yetişən bu bitkidən digər yerli xalqlar, eləcə də, Mayalılar, Azteklər və Tolteklər də faydalanıb, fəqət həmin dövrlərdə indiki kimi kakaodan şokolad düzəltməyi bacarmayıblar. Tanınmış sərkərdə Sezar şokoladdan dadmadan bu dünyadan köçüb.

Böyük İsgəndərin pomidordan heç vaxt xəbəri olmayıb. Bu tərəvəzin ana vətəni Cənubi Amerikanın qərb sahilləridir. İspanlar pomidoru ölkələrinə aparanda bitkinin yarpaqlarından yüksələn qoxuya görə avropalılar onun zəhərli olduğunu düşünüblər. Buna baxmayaraq, bugün ispan mətbəxi sousları ilə məşhurdur ki, bunu da pomidora borcludurlar.

Amerika kəşf olunana kimi heç kimin balqabaqdan xəbəri olmayıb. Buna görə də, Leonardo da Vinci heç zaman balqabaq yeyə bilməyib.

Qarğıdalı İspaniyaya çatandan sonra ən çox yayılan məhsullardan biri olub. 1630-cu ildə ispanlar bu ticarəti öz əllərinə alıblar. Bu bitki Çinə gedib çıxanda orda da böyük tələb görüb. Çünki həmin dövrdə ölkə əhaləsi bugünki kimi yüksək olub. Bu nəticəyə gəlirik ki, Kleopatra heç zaman partladılmış qarğıdalı yeməyib.

1500-cü ildə çiyələk botaniklər tərəfindən tətqiq edilməyə başlayıb. 1600-cü illərdə Amerikadan Avropaya gətirilən “Fragaria virginiana” sortu ilə 1700-cü illərdə yenə eyni marşrut üzrə hərəkət edən “Fragaria chiloensis” sortu bugün yetişdirilən çiyələklərin mənşəyi hesab olunur. Deməli, Aristotel heç zaman ağzında dağıla bilən çiyələyin nə olduğunu bilməyib.

Yer fıstığının vətəninin Peru və Braziliya olduğu deyilir. Perunun yerli xalqları olan İnkaların məzarlarında yer fıstığı ilə doldurulmuş qablar tapılıb. Qablar qəbirə ölümdən sonrakı həyatda qida olaraq istifadə olunsun deyə qoyulub. Daha sonra ispanlar bu məhsulu Afrika və Asiyaya aparıblar. Belə nəticəyə gəlirik ki, Ömər Xəyyam heç zaman yer fıstığı yeməyib.

Amerikanı kəşf edən Xristafor Kolumbun gəmisi ilə Avropaya gətirilən bibər buradan Anadolu və Hindistana aparılıb. Bu səbəbdən Atillanın ağzı bibərdən heç zaman yanmayıb.

İlhamə Bədəlova, A24.Az

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar