A24 Xeber

Amerika Rusiyanın yeni “S-500″lərinə tərfilər yağdırdı

Amerika Rusiyanın yeni “S-500″lərinə tərfilər yağdırdı
129
12 İyun 2018 - 10:46

“The National İnterest” (Nİ) jurnalı Rusiyanın yeni havadan müdafiə sistemi olan “S-500”ün dünyada tayı-bərabəri olmadığını bildirib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, jurnalda “S-500”lərin texniki göstəricilərindən yazılıb.

Jurnalda bildirilib ki, “S-500” Rusiyanın əsas dizaynlarından biridir və yeni havadan müdafiə sisteminin texniki xüsusiyyətlərinin imkanlarından şübhə etmək üçün səbəb yoxdur. ABŞ müdafiə qaynaqlarından əldə edilən məlumatlara görə, Rusiyanın müdafiə sistemini bu günə qədər qeyri-mümkün hesab edilən məsafələrdə sınaqdan keçirildiyi qeyd edilib.

Amerika mediası “S-500”ün 299 mil, təqribən 481 km məsafədəki hədəfi müvəffəqiyyətlə vurduğunu bildirib. Ekspertlərin qiymətləndirməsinə görə, göstərilən bu məsafə digər bütün oxşar sistemlərin bacara biləcəyindən 50 mil (80,4 km) daha çoxdur.

“The National İnterest”in verdiyi məlumata görə, yeni sistem potensial təhlükə səviyyəsinə və məsafəyə uyğun olaraq müxtəlif raketlərdən istifadə edir. Məsələn, müdafiə sistemi ballistik raket hücumunun qarşısını almaq üçün saniyədə 7 km sürətlə hərəkət edə bilən hədəfləri vurmaq qabiliyyətinə sahib olan raketlərdən istifadə edir. Jurnal rus sisteminin 200 km yüksəklikdəki hədəfləri vurmaq qabiliyyətinə sahib olduğunu və “gözəgörünməz” təyyarələri də (Su-57) təsbit edib vura biləcəyini təxmin edib.

Qurudan hava müdafiə raket sistemi olan “S-500”ün daha uzun məsafəli və yüksək potensial sayəsində ballistik raketləri çıxmaqla təyyarə və helipokter kimi aerodinamik  hədəfləri və Kruz raketlərini vurmaq, kosmosa yaxın hədəflərin qarşısını almaq imkanı var.

600 km-lik mənzilə sahib olan sistem saniyədə 7 km sürətlə uçan 10 ballistik hədəfi eyni anda təsbit edərək vurmaq bacarığına sahibdir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin may ayında “S-500”lərin istehsalının artırılması üçün əmr verib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00