Amerikada uşağa Allah soyadı vermək istədilər - İcazə verilmədi

Amerikada uşağa Allah soyadı vermək istədilər – İcazə verilmədi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Corciya əyalətində körpələrinə Allah soyadını vermək istəyən ailənin müraciəti qəbul edilməyib.

A24.Az BBC Türkcəyə istinadən xəbər verir ki, Bilal Valk və Yelizaveta Handi 22 ay əvvəl doğulan qız uşaqlarına Zalykha Graceful Lorraina Allah soyadı vermək istəyib.

Dövlət Səhiyyə Təşkilatı isə uşağın ana və ya atasının soyadlarından birinin verilməli, ya da iki soyadı birdən götürülməli olduğunu bildirib.

Yelizaveta Handi və Bilal Valk isə uşağın rəsmi olaraq adsız qaldığını bildirərək sərt reaksiya verib.

Amerika Sivil Azadlıqlar Birliyi ailənin adından əyalət rəhbərliyini məhkəməyə verib. Əyalət vəkilləri doğum haqqında qeydlər üçün uşaqların valideynlərinin soyadlarını daşımalı olduğunu qeyd edib.

Vəkillər ailəyə göndərdikləri məktubda  Zalykhanın doğum qeydiyyatı aparıldıqdan sonra ailənin uşağın soyadını dəyişdirmək üçün ali məhkəməyə müraciət edəcəyini yazıb.

Rəsmi nikahı olmayan cütlüyün Masterful Mosirah Aly Allah adlı bir oğulları var. Körpəyə doğum qeydiyyatı olmadan ictimai təhlükəsizlik nömrəsi də  verilməyəcək, ABŞ vətəndaşı adını almağı çətin olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar