A24 Xeber

Amerikalı generaldan Rusiya ilə bağlı ETİRAF

Amerikalı generaldan Rusiya ilə bağlı ETİRAF
48
27 Aprel 2018 - 14:58

Ötən 10 il ərzində müdafiə altında olduqlarına inandıqları ABŞ Dəniz Piyadalarına aid qoşunların artıq müdafizəsiz bir vəziyyətdə olduğu məlum olub.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Dəniz Piyadaları komandiri General Robert B.Neller ABŞ senatorlarının toplantısında mövzu ilə bağlı açıqlama verib.

General Neller “əsas rəqiblərimiz olan Çin, Rusiya, Şimali Koreya, İran və ekstremist təşkilatlar tərəfindən uzaq məsafəli silahların hazırlanması ABŞ hərbi qüvvələrinin bir çox birliyini müdafiəsiz hala gətirib” deyə çıxış edib.

Dəniz Piyadalarının xarici ölkələrdəki hərbi bazalarda əksəriyyətinin hücumlara qarşı kifayət qədər müdafiəsinin olmadığını söyləyən Neller, bu vəziyyətdə əməliyyata hazırlaşmaq və əməliyyatlar keçirmək qabiliyyətinin azaldığına diqqət çəkib.

Neller ABŞ-ın bundan sonra mübahisəsiz hərbi konseptlərə tab gətirə bilməyəcəyini bildirib. Bundan başqa o, Rusiya prezidenti Vladimir Putinin martın 1-də verdiyi açıqlamasında dünyada bənzəri olmayan ən yeni rus silahlarının istehsalına yer verdiklərini bildirib. Rusiya lideri Sarmat, Burevestnik və Kinjal raket sistemlərinin və lazer silahlarının, atmosferin dərin qatlarına sürətlə min kilometrlərə qədər uçaraq qitələrarası məsafələri qət edə bilən Avangard adlı hipersonik raket sisteminin uğurla hazırlanacağını qeyd edib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00