Amerikalı keşişin görüntüləri qalmaqal yaratdı - VİDEO

Amerikalı keşişin görüntüləri qalmaqal yaratdı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Amerikalı keşişin azyaşlı uşağı vurması böyük səs-küyə səbəb olub. İnternetdə yayılan görüntülər ABŞ vətəndaşları ilə yanaşı, digər xristianların da hiddətləndirib.

“A24.az” xəbər verir ki, xristian dinində müqəddəs ayinlərdən biri sayılan kilsəyə, imanlılar cəmiyyətinə qəbul olunmaq münasibətilə amerikalı körpənin xaç suyuna salınaraq vəftiz edilmə mərasimində keşiş əsəblərinə hakim ola bilməyib. Vəftiz prosesində körpənin ağlamasına əsəbləşən keşiş balacanı şillələyib, daha sonra isə ağzını tutaraq başını sinəsinə sıxıb hava almasına əngəl olub. Keşiş körpəni boğaraq sakitləşdirməyə çalışıb.

Keşişin bu şiddətinə təəccüblənən körpənin valideynləri ilk saniyələrdə nə edəcəklərini bilməyiblər və vəftizə mane olmamaq üçün olanlara sadəcə tamaşa ediblər. Lakin vəziyyətin nəzarətdən çıxdığını və keşişin özünə hakim ola bilmədiyini görən kilsə əməkdaşları bir qədər sonra müdaxilə etməyə başlayıblar. Yalnız bundan sonra körpənin atası psixoloji problemləri olan keşişin əlindən övladını dartıb qurtara bilib.

Azvision.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar