A24 Xeber

Amerikalı milyarder: “”Bitkoin” siçan zəhəridir”

Amerikalı milyarder: “”Bitkoin” siçan zəhəridir”
39
06 May 2018 - 23:51

Amerikalı investor Warren Buffett sahibi olduğu Berkshire Hathaway şirkətinin illik səhmdarlar iclasında “Bitkoin”lə bağlı sərt xəbərdarlıq edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Amerikalı investor Warren Buffett “Bitkoin”ə sərmayə qoymamağa çağırışı edərək “Bitkoin yəqin ki, bir siçan zəhəridir”, – deyə bildirib. Sahibi olduğu Berkshire Hathaway şirkətinin illik səhmdarlar iclasında danışan Buffett, “Bitkoin” və digər kripto valyutalara investisiya qoymağın böyük risk olduğu qeyd edib.

“Bitkoin”in məhsuldar bir valyuta olmadığını deyən Buffet, investorların tələbatının “Bitkoin”in qiyməti məsələsində yeganə həlledici olduğunu, rəqəmsal bir pul vahidinin şeytanlar üçün uyğun bir vasitə olduğunu bildirib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00