A24 Xeber

Amerikalılara güvənməyən Kim yeməyini özüylə gətirdi – FOTO

Amerikalılara güvənməyən Kim yeməyini özüylə gətirdi – FOTO
53
10 İyun 2018 - 16:30

Şimali Koreya lideri Kim Çen In 12 iyunda ABŞ prezidenti Donald Trampla gerçəkləşəcək sammit üçün Sinqapura gedib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Kim Çen Inın tarixi zirvəyə 2 gün tez getməsi diqqət çəkib. Onu Sinqapur xarici işlər naziri Vivan Balakrişnan qarşılayıb.

Daha sonra Şimali Koreya lideri hava limanından ətrafı qara avtomobillərlə əhatalənmiş və ölkəsinin bayrağını daşıyan limuzinlə ayrılıb, Çin lideri Şi Cinpinqin qaldığı St.Regis Otelində gedib.

Cənubi Koreya mediasının verdiyi məlumata görə, Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti ilə olacaq zirvəyə getmək üçün Çin və Siqapurdan Trampın təyyarəsi ilə eyni olan prezidentə məxsus təyyarə ilə onu təmin etmələrini xahiş edib. Bundan başqa görüşlə əlaqədar Kimin Sinqapura yeməyini də özüylə birlikdə gətirdiyi ortaya çıxıb.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00