A24 Xeber

Amerikanın əvəzinə Səudiyyə Ərəbistanı Qətərdən qoşun tələb edir

Amerikanın əvəzinə Səudiyyə Ərəbistanı Qətərdən qoşun tələb edir
56
25 Aprel 2018 - 8:25

Qətər ABŞ-ın hərbi dəstəyindən məhrum olmaq istəmirsə Suriyaya qoşun göndərməlidir.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi məlumata əsasən, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr deyib.

Əl Cubeyr bildirib: “Qətər Amerika qoşunlarının Suriyada olması üçün ödəniş etməlidir və amerikalı prezident Qətərin müdafiəsindən imtina etməmiş, öz qoşunlarını ora göndərməlidir”.

O qeyd edib ki, ABŞ Qətərin təhlükəsizliyini təmin etməyi dayandırsa, ölkənin rejimi bir həftədən az müddətdə ləğv olunacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00