Ana-uşaq münasibətlərində vacib məqamlar - Cəzasız tərbiyə

Ana-uşaq münasibətlərində vacib məqamlar – Cəzasız tərbiyə
Want create site? Find Free WordPress Themes and plugins.

“Süper Dadı” verilişindən tanınan və “Həyat Evdə başlayar” adlı kitabıyla valideynlərə öz məsləhətlərini verən Gözde Erdoğan ana-uşaq münasibətlərindəki ən əhəmiyyətli nüansları təqdim edib. Bunlar şəfqət, səbr və güvəndir.  

Anaların ilk olaraq özlərinin sağlam olmaları və şəfqətlərini artırmalarını vurğulayan Gözde Erdoğan valideynlərin övladlarına birbaşa “yox” demək yerinə münasibət qurub ortaq məxrəcə gəlmələrini məsləhət verir.

Övladlarınıza cəzaya ehtiyac duymayacağınız bir həyat verin:

 

Uşaqların mükafatlandırılması və cəzalandırılmasıyla bağlı məlumat verən Gözde Erdoğan bunları qeyd edib: “Mükafat və cəza həyatımızın hər anında var. Ancaq uşağa mükafat və cəzaya ehtiyac duymayacağımız bir həyat verməyi məsləhət bilirəm. Məsləhətim budur ki, qonaq getdiyin zaman uşaqlarınızla problem yaşayırsınızsa, övladlarınızı qonaqlıqdakı qayda-qanunlara öyrəşdirmək üçünəvvəlcə hazırlıq görülə bilər. Zuiyarətləri 1-2 saat yerinə 20 dəqiqə olmaqla başlada bilərsiniz.

Etibarlılığınızı zədələməyin:

Övladınızla sizin aranızda olan güvən çox əhəmiyyətlidir. Ona görə də idarə edə bilməyəcəyiniz yerdə səy göstərib tabe edə bilmək üçün övladınızla mübahisıəyə girərək güvəninizi zədələməyin.

Övladınızın yaxşı qidalanması üçün alış-veriş siyahısı tutun:

Qidalanma vərdişi alış-verişlə başalyır. Ona görə də mütləq övladınızla birlikdə alış-veriş siyahısı tutun. Bununla siz övladınızın qidalara yaxın durmasına kömək etmiş olursunuz.

Ayrı bir otağın olması çox vacibdir:

Uşağın ayrı bir otağının olması onun individuallaşmasına böyük təsir göstərən amillərdəndir. Bununla yanaşı mütəxəssis uşaqlar arasına girməməyi də vurğulayıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar