Ana yataq xəstəsi olan oğlunun müalicə pullarını oğurlayıb başqa kişi ilə qaçdı

Ana yataq xəstəsi olan oğlunun müalicə pullarını oğurlayıb başqa kişi ilə qaçdı
Want create site? Find Free WordPress Themes and plugins.

Antalyada yaşayan 2 uşaq atası 42 yaşlı Tuncay Ertürk yanlış dərman qəbul etdiyinə görə yataq xəstəsi olan oğlunun müalicəsi üçün yığılan pulun arvadı tərəfindən oğurlandığını idda edib.

A24.Az xəbər verir ki, Tuncay Ertürk həyətlərində olan gilas və əncir ağaclarında yetişdirdi məhsulu sataraq həm ailəsinə baxıb, həm də yatağa bağlı olan oğlunun müalicə xərclərini ödəyib.

Onun 32 yaşlı həyat yoldaşı F. Ertürk isə 6 ay öncə uşağın müalicəsi üçün yığılan 3 min manat miqdarında pulu oğurlayaraq evdən qaçıb.

Tuncay bildirib ki, hazırda çox çətin vəziyyətdir: “2009-cu il Caneri peyvəndlərini vurdurmaq üçün tibb məntəqəsənə apardıq. İynə vuran tibb bacısı “infeksiya var, mütləq bir həkimin yanına gedin” dedi. Həkim 2 ədəd soyuqdəymə dərmanı yazdı. Dərmanları almaq üçün aptekə yollandıq. Dərmanların 6 aylıq uşaq üçün yazıldığını deməyimə rəğmən, səhvən böyüklər üçün olan dəərmanlar mənə satılıb. Biz də dərmanlardan istifadə etdik. Bundan sonra Caner yatağa bağlı halda yaşamağa başladı. Xəstəxanalarda müalicə etdirməyimizə baxmayaraq, oğlum sağalmadı. Həyat yoldaşım uşağımızın müalicə pulu olan 3000 manatı götürərək qaçdı. İndi çətin vəziyyətdəyik. Dövlətimiz oğlum üçün bizə pul ödəyirdi. O pulu da arvadım alırdı. İndi baxım pulu da kəsilib. Hazırda oğlumla ya mən, ya da bacım məşğul olur.   ”

Həyat yoldaşının başqa biri ilə evlənmək üçün qaçdığını iddia edən Tuncay Ertürk boşanma davası açıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar