ANAMA partlayıcı maddə axtaran itlərin yetişdirilməsinə başladı

ANAMA partlayıcı maddə axtaran itlərin yetişdirilməsinə başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) daha bir yeniliyə imza atıb.

ANAMA yerli imkanlar hesabına minaaxtaran itlərin hazırlanması ilə yanaşı partlayıcı madddələrin axtarışını həyata keçirən itləri də hazırlamağa başlayıb.

ANAMA və digər qurumların istifadəsi üçün nəzərdə tutulan itlər müxtəlif növ partlayıcı maddələri aşkarlaya və minatəmizləmə qruplarına kömək edə biləcək.

ANAMA-nın direktoru Qəzənfər Əhmədov “AzeriDefence”yə açıqlamasında bildirib ki, bu, Agentliyin qeyd olunan sahədə ilk işlərindəndir: “Hazırda Azərbaycan da daxil olmaqla, regionun əksər ölkələri mina və partlayıcı maddələrin axtarışını həyata keçirən itləri kənardan alır. ANAMA bir neçə ildir minaaxtaran itləri özü hazırlamağa başlayıb və yerli bazada öyrədilmiş itlər hazırda minatəmizləmə əməliyyatlarında iştirak edir. Bu itlər çox sayda minaları aşkarlayaraq əməkdaşlarımıza köməklik göstərib. Partlayıcı maddələrin axtarışı ilə məşğul olan itlər isə ilk dəfədir hazırlanır”.

Agentlik rəhbəri yaxın vaxtlarda hazırlanan ilk itlərin təlimlərinin keçiriləcəyini qeyd edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar