A24 Xeber

Anar Nağılbaz ölümündən bir gün əvvəl nə yazıb?

Anar Nağılbaz ölümündən bir gün əvvəl nə yazıb?
150
05 Avqust 2018 - 15:23

Ötən gün dünyasını dəyişən reper Anar Nağılbazın ölümü ilə bağlı suallar səngimir.

“A24.az” “musavat.com”a istinadən bildirir ki, hazırda sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirələr gedir. Dostları, yaxınları onun son zamanlar ciddi streslər yaşadığını yazırlar.

A.Nağılbaz son 24 saat ərzində sosial şəbəkədəki statuslarında hər şeyin daha yaxşı olacağı ilə bağlı fikirlər, şeirlər paylaşıb. Amma eyni zamanda daxilən nələrdəsə özünü ittiham etdiyi hiss olunur. Əsasən rus dilində paylaşdığı şeirlərin məzmunu isə aşağıdakı kimidir: “Hər şey gerçəkdən də axmaqdır. Ola bilər ki, insanın öz axmaqlığından. Amma mənimkilər həqiqi axmaqlıqdır. Yaxşısı budur, onların hamısı barədə susum”.

Daha bir statusunda isə o, optimizmini itirmədiyini yazıb. Hər şeyin öz yerində oturacağına işarə edib və hər kəsə xeyir arzulayıb.

Mərhum reper son 24 saatda paylaşdığı statuslardan birini isə həyat yoldaşı Aytənə həsr edib: “Aytəni sevirəm. O, mənimdir. Hər şey Ok olacaq. Sadəcə, dəstəkləyin. And içirəm, dünyanı parçalayaram. O, mənimdir. Please, məni dəstəkləyin”. Bu statusun altında gedən müzakirələrdə bəzi dostları xanımı Aytənin onu tərk etdiyini yazıblar. Amma buna qarşı çıxanlar da olub və xanımı xəstə olduğu üçün Anarın belə əhvalda olduğunu bildiriblər.

Son illərdə isə A.Nağılbazın şəxsi həyatı qalmaqallarla zəngin olub. Keçmiş həyat yoldaşı ilə yaşadığı söz davası, mətbuat vasitəsilə bir-birlərinin ünvanına dedikləri ittihamlar, daha sonra reperin özəl görüntülərinin mətbuata yayılmasını bu qəbildən saymaq olar. Bir neçə il öncə isə A.Nağılbaz Çexiyanın paytaxtı Praqada mühacir həyatı yaşayıb. Amma o, daha sonra Azərbaycana geri qayıdıb. Bu barədə onun keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva da danışmışdı: “Bəli, o, ölkəni birdəfəlik tərk edib getmişdi. Lakin mənim boşanmaq istədiyimi bilincə geri döndü”.

Qalmaqallı şəxsi həyatının sonunda, bu ilin 30 iyununda A.Nağılbaz gizli şəkildə evlənib. Özündən yaşca kiçik olan Aytən adlı xanımla ailə quran Nağılbaz onunla birgə Masazırdakı ata evində yaşayırdı. Yanvar ayından birlikdə olan cütlük toy etməmişdi.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00