Anasını gözü qabağında zorlanan, atasını özü dəfn edən 13 yaşlı şimali koreyalı qızın həyat HEKAYƏSİ - VİDEO

Anasını gözü qabağında zorlanan, atasını özü dəfn edən 13 yaşlı şimali koreyalı qızın hekayəsi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Şimali Koreyada tuğyan edən diktatorluğun qurbanlarından birinin həyat hekayəsi sosial şəbəkələrdə kədər doğurub.

A24.Az Şimali Koreyadan qaçan qaçqınlardan birinin həyat hekayəsini təqdim edir. Şimali Koreyadan Çinə qaçarkən onun 13 yaşı olub və qızcığaz başına gələnləri dünya ilə bölüşüb:

“Anam məni xilas etmək üçün özünü təcavüzə qurban verdi”-deyən Yenmi adlı qız 13 yaşında Şimali Koreyada gördüklərinə dözməyərək oradan qaçıb.

“Mənim 4 yaşım olanda anam mənə xəbərdarlıq etdi: pıçıldama, quşların, siçanların səsini eşitmə. Mən bunu qəbul edirdim və inanırdım ki, Şimali Koreya diktatorluğu mənim fikirlərimi oxuya bilər. Mənim 9 yaşım olanda rəfiqələrimin anasını necə təhqir etdiklərini, döydüklərini  gördüm. Onun günahı Hollivud kinosuna baxmaq olub. Həmin gün mən Şimali Koreyadan qaçanda, anama təcavüz etdilər. Çin dəllallarının anamı zorladığını öz gözlərimlə gördüm. Onlar məni nişan etdilər.Anam özünü qurban verdi. Mənim atam biz Şimali Koreyadan qaçandan sonra dünyasını dəyişdi.  Mən onu səhərəyaxın hamıdan gizli  dəfn etdim. Mənim 14 yaşım var idi. 300 min -ə yaxın şimali koreyalı Çində qaçqındır, onlar köməksiz qalıblar. Şimali Koreyada qadınların 70 faizi  dikatatorluğun qurbanıdırlar. Bəzən onların qiyməti cəmi 200 dollar olur. Biz Qobu səhrasında kompası izləyərək qaçdıq. O sınanda isə biz ulduzları təqib edərək azadlığa doğru qaçdıq. Biz Qobi səhrasını keçərkən ölməkdən qorxurdum. Mən fikirləşirdim ki, dünyanın mənlə işi yoxdur. Sən demə, təkcə ulduzlar mənlə idi. Siz mənim başıma gələnləri izlədiniz. Sizin üçün bu vacib idi. Çox sağ olun”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar