A24 Xeber

Anasının qəbri üstündə telefonla danışan gənci ildırım vurdu

Anasının qəbri üstündə telefonla danışan gənci ildırım vurdu
70
31 May 2018 - 19:01

Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb. 

A24.Az APA-ya istinadən xəbər verir ki, rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə dörd gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.

Qəbiristanlıqda telefonla danışan F.Həsənovu ildırım vurub. Ətrafdakıların köməyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yüngül xəsarətlər alan E. Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00