A24 Xeber

Ancelina Coli Bred Pitlə barışmaq üçün şahzadədən məsləhət aldı

Ancelina Coli Bred Pitlə barışmaq üçün şahzadədən məsləhət aldı
48
26 İyul 2018 - 15:06

Hollivud ulduzu Ancelina Coli Bred Pitlə olan münasibətlərini qoruyub saxlamaq üçün Kembric şahzadəsi Keyt Middletondan məsləhət aldığı iddia edilir.

“A24.az” xəbər verir ki, bu barədə “Weekly” qəzeti məlumat yayıb.

Qəzetdə amerikalı aktrisa Ancelina Coli ilə İngiltərə şahzadəsi Keyt Middletonun yaxından yoldaşlıq etdikləri bildirib və bu iki qadının 3 il bundan əvvəl İngiltərədə həyat yoldaşlarıyla iştirak etdikləri tədbirdə tanış olduqları yazılıb. Yazılan digər məlumatda bildirilib ki, Coli və Middleton xeyir işləri və yardım dərnəklərindəki əhəmiyyətli işləriylə bir-birilərinə yaxınlaşıb, elektron ünvan vasitəsiylə davamlı əlaqə saxlayıblar.

Xəbərə görə Middleton Colidən Bred Pitdən ayrıldıqdan sonra özünü necə hiss etdiyini soruşub. Ancelina Coli isə bütün yaşadıqlarını Keytə danışıb və son 1,5 ildə tək ana olaraq necə əziyyət çəkdiyini, Bred Pit üçün darıxdığını deyib. Middleton isə Coliyə uşaqlarına görə Bred Piti geri qaytarmasını məsləhət bilib. Çox gözəl cütlük olduqlarını deyən Middleton Coliyə Piti bağışlamağın yolunu tapa bilsə ikinci birləşmənin əvvəlkindən daha yaxşı olacağını bildirib.

Bu məsləhətin 43 yaşlı Hollivud ulduzuna təsir etdiyi və bu haqda düşünəcəyi irəli sürülüb.

Qeyd edək ki, 6 uşağı olan Ancelina Coli və Bred Pit cütlüyü 2016-cı ildə 12 illik münasibətlərini sonlandırmaq barədə qərar verdiklərini ictimaiyyətə bildiriblər.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00