Ankarada ABŞ səfirliyinin yerləşdiyi küçə "Zeytun budağı" adlandırılacaq

Ankarada ABŞ səfirliyinin yerləşdiyi küçə “Zeytun budağı” adlandırılacaq
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə Afrində başladılan “Zeytun budağı” antiterror əməliyyatının adı veriləcək.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir təşəbbüslə Ankara bələdiyyəsinin rəhbəri Mustafa Tuna çıxış edib.

Mustafa Tuna “Twitter” sosial şəbəkəsində yazıb ki, o, Amerikanın doplomatik missiyasının yerləşdiyi küçənin belə adlandırılması təşəbbüsünü dəstəkləyir. Bundan başqa, bələdiyyə sədri ABŞ səfirliyinin yerləşdiyi küçənin şəklini da tvitterdə paylaşıb.

“Nevzət Tandoğanın küçəsinin adının “Zeytun budağı”na dəyişdirilməsi haqqında təklifi təsdiqlənib. Təşəbbüs bu gün bələdiyyə yığıncağının müzakirəsinə çıxarılacaq. Biz şəhidlərimizlə fəxr edirik”, deyə – Tuna yazıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar