Ankaradakı “Akıncı” hərbi bazasının yerində park salınır

Ankaradakı “Akıncı” hərbi bazasının yerində park salınır
Want create site? Find Free WordPress Themes and plugins.

Ankara yaxınlığında hərbi çevrilişə cəhd zamanı qiyamçıların qərargahı rolunu oynayan “Akıncı” hərbi bazasının yerində Demokratiya Parkı adlı yeni park salınacaq.

“A24.az” bildirir ki, Trend “Haber 7” kanalına istinadən məlumat verir ki, bu barədə Türkiyənin milli təhlükəsizlik naziri Fikri İşıq məlumat verib.

Onun sözlərinə görə, İstanbul və Ankaradan hərbi bazanın köçürülməsi sentyabrın 15-dək yekunlaşacaq.

Daha öncə Türkiyənin Baş naziri Binəli Yıldırım İstanbul və Ankarada hərbi bazaların bağlanacağını bildirmişdi.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar