Anomal istilərdən ölənlərin sayı 33-ə çatdı

Anomal istilərdən ölənlərin sayı 33-ə çatdı
Want create site? Find Free WordPress Themes and plugins.

Kanadanın Kvebek əyalətində anomal istilik nəticəsində ən azı 33 adam ölüb.

“A24.az” bildirir ki, bunu cümə axşamı bölgənin səhiyyə naziri Lusi Şarlebua açıqlamasında deyib.

Onun sözlərinə görə, əyalətin ən böyük şəhəri olan Monrealda 33 nəfərdən 18-i ölüb. “Vətəndaşlar arasında yaranan sağlamlıq problemlərinin qarşısını almaq üçün bütün tədbirləri davam etdirməliyik” – nazir söyləyib.

Milli Meteorologiya İdarəsindən verilən məlumata görə, Kvebek əyalətinin cənubunda, Ontario şəhərində və Kanadanın atlantik sahillərində iyun ayının 29-dan etibarən havanın hərarəti gündüz 35-40 dərəcə istiliyə qədər yüksəlib. Cümə axşamı, Kvebekdə havanın rütubəti nəzərə alınmaqla, termometr 45 dərəcəyə qədər yüksələcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar