Anomal istilərə görə iş saatı azaldı, suvarma qadağan edildi

Anomal istilərə görə iş saatı azaldı, suvarma qadağan edildi
Want create site? Find Free WordPress Themes and plugins.

 Belçikada anomal istilərlə əlaqədar bəzi müəssisələr və dövlət orqanlarında gündəlik iş saatı azaldılıb, su istehlakına məhdudiyyət tətbiq edilib.

Belə hava şəraitinin iki həftə davam edəcəyi proqnozlaşdırılır.

Brüssel Kral Meteorologiya İnstitutundan bildirilib ki, iyulun sonunadək Belçikada illik istiliyin ən yüksək həddə olacağı gözlənilir. Ölkənin bəzi rayonlarında temperatur 40 dərəcəyə yüksələcək.

Belçikanın flamanlar yaşayan ərazisində borularla axan suya qənaət olunması ilə bağlı xəbərdarlıq edilib. Əkin sahələrinin, bağların sulanması və hovuzların su ilə doldurlması qadağan olunub. //report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar