Antalyada yaşayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Antalyada yaşayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Antalya bölgəsində 3217 Azərbaycan vətəndaşı yaşayır.

A24.Aaz “Gercekalanya”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının hesabatında bildirilib.

Hesabata əsasən, 2017-ci ildə Antalyada yaşayan xarici ölkə vətəndaşlarının sayı 57423 nəfər olub. Ümumilikdə ötən il 919 min 61 əcnəbi Türkiyədə yaşamaq üçün icazə alıb.

Antalyada yaşayan xaricilər arasında Rusiya vətəndaşları çoxluq təşkil edir. Bu şəhərdə Rusiyanın 8059 vətəndaşı məskunlaşıb. Bu göstərici ilə Rusiya vətəndaşları siyahıya başçılıq edirlər. Almaniya 7545 nəfərlə ikinci yerdədir. Antalyada Qırğız Respublikasının 5840, Ukraynanın 5114, Qazaxıstanın 4242, İranın 3052, İraqın 3046, Gürcüstanın 1520 vətəndaşı yaşayır.

Hesabatda qeyd olunub ki, dünyada xarici ölkə vətəndaşlarının yaşadığı ölkələr sırasında Türkiyə 3-cü yerdədir.//“Report”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar