A24 Xeber

Antidepressantdan istifadə edən uşaqların sayı sürətlə artır

Antidepressantdan istifadə edən uşaqların sayı sürətlə artır
42
26 İyul 2018 - 15:36

İngilis həkimlərin uşaqlara antidepressant dərmanlar yazması hər ötən gün artır. Bu hal isə uşaqlar arasında intihar və özünə ziyan vurmaq kimi hadisələrə səbəb olur.

“A24.az” xəbər verir ki, BBC-nin “File on 4 Program”ında ortaya çıxan məlumatlara görə, İngiltərə, İsveçrə və Şimali İrlandiyada son 3 il ərzində uşaqlara antidepressant dərmanların yazıldığı reseptlər aşkarlanıb. Bu artımın İngiltərədə 15, İsveçrədə 10, Şimali İrlandiyada 6 faiz olduğu ifadə edilib.

Ən çox artım 12  və daha yuxarı yaşlarda olan uşaqlarda müşahidə edilib. Antidepressant yazan həkimlər bu dərmanların valideynlərin nəzarəti altında qəbul edilməsini qeyd edir. Bununla yanaşı ruh sağlığından əziyyət çəkənlərin növbəsində çoxlu sayda insanların gözlədikləri də bildirilir.

Yazıda mütəxəssis bildirib ki, İngiltərədə hər 4 gənc və ya uşaqdan biri əqli problemlərdən əziyyət çəkdiyi üçün müalicə alır.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00