A24 Xeber

Antonio Quterreşdən XƏBƏRDARLIQ: “BMT-nin büdcəsi tükənir”

Antonio Quterreşdən XƏBƏRDARLIQ: “BMT-nin büdcəsi tükənir”
32
27 İyul 2018 - 12:03

BMT-nin büdcəsi tükənmək üzrədir.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

O, üzv ölkələrə və təşkilatın əməkdaşlarınma göndərdiyi məktubunda, “Maddi durumumuz ilin bu vaxtında heç bu qədər aşağı olmamışdı. Ümumi vəziyyət çox narahatedicidir. Pulumuz tükənir. Bizim kimi bir təşkilat büdcə sıxıntısı yaşamamalıdır. Daha pisi isə odur ki, yardıma ehtiyacı olanların müraciətlərinə cavab verə bilmirik”, – deyə qeyd edib.

BMT-in baş katibinin sözçüsü Stefan Dyujarrik isə mətbuata açıqlamasında maddi sıxıntıları üzv ölkələrin ödənişləri ya gec etməsi, ya da heç etməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, 193 ölkədən yalnız 112-i illik ödənişləri edib.

Təşkilata ən çox maliyə ayıran ölkə ABŞ-dır. Belə ki, BMT-nin 5,4 milyard dollarlıq ümumi büdcəsinin 22 faizini ABŞ ödəyir.

BMT-nin rəhbərlik və büdcə məsələlərində islahat aparmalı olduğunu tez-tez dilə gətirən və “büdcədə ədalət” çağırışı edən Tramp adminstrasiyası   2018-2019-ci maliyyə ilində BMT-nin büdcəsinə köçürəcəyi hissədən 285 milyon dollar azaltmağı qərara almışdı.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00