A24 Xeber

Aparıcı Nərgiz idealındakı kişini açıqladı: “Onunla kim sevgili olmaq istəməz?” – FOTOLAR

Aparıcı Nərgiz idealındakı kişini açıqladı: “Onunla kim sevgili olmaq istəməz?” – FOTOLAR
496
23 Aprel 2018 - 9:36

Özünü həm də aktrisa kimi sınayan cazibədar aparıcı Nərgiz Məmmədova dəvət alsa, xarici ölkələrdə filmə çəkiləcəyini də deyib. Lakin şərtlərini də gizlətməyib.

A24.Az Yeniçag-a istinadla açıqlama verən Nərgiz yüksək qonorar müqabilində belə, açıq-saçıq rollara çəkilməyəcəyini bildirib:

“Özümü aktrisa kimi sınasam da, peşəkar aktrisa deyiləm. Bununla belə xarici ölkələrdən dəvətlər alsam, razılıq verərəm. Lakin yüksək qonorar versələr belə, açıq-saçıq rollara çəkilmərəm. Mənim üçün özümə icazə verdiyim hədd var, o hədd aşılmamalıdır”.

O, sevimli aktyorundan da danışıb: “Hollivud aktyoru Stephenin bütün filmlərini izləmişəm, onu çox sevirəm”.

“Filmdə onunla sevgili olmaq istərdinmi?” sualına Nərgiz gülərək belə cavab verib:
“Oyy, onunla kim sevgili olmaq istəməz? Amma realist insanam, bilirəm ki, onunla eyni filmdə tərəf-müqabili olmaq mənim üçün əlçatmaz xəyaldı. Mən də xəyallarla yaşamağı xoşlamıram”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00