A24 Xeber

Aparıcı türk güləşçinin qələbəsinə, görün necə sevindi – VİDEO

Aparıcı türk güləşçinin qələbəsinə, görün necə sevindi – VİDEO
65
07 May 2018 - 9:49

Rusiyanın Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatına yekun vurulub.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, 125 kq çəkidə olan türkiyəli idmançı Taha Akgül 6-cı dəfə Avropa çempionu olub.

Dağıstanın Kaspiysk şəhərindəm keçirilən çempionatda Taha Akgül onunla eyni çəkidə olan Gürcüstan idmançısı Geno Petriaşvilini 2-1 məğlub edərək qızıl medal qazanıb.

Güləşçi 6-cı dəfə Avropa çempionu olaraq türk idmançılar arasında sərbəst güləş üzrə özünə məxsus rekordunu yeniləyib. Lakin qələbənin əks olunduğu görüntülərdə diqqət çəkən bir məqam var. Yarışı şərh edən aparıcı idmançının qələbəsinə elə sevinir, eşidənləri də özüylə birlikdə coşdurur.

“A24.az” həmin görüntüləri təqdim edir:

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00