“Apple Pay” milyon dollarlara VASİTƏÇİLİK edir

“Apple Pay” milyon dollarlara VASİTƏÇİLİK edir
Want create site? Find Free WordPress Themes and plugins.

“Apple Pay” ödəniş xidməti sürətlə populyarlaşaraq “Apple”ın xidmət biznesinin inkişafında vacib istiqamətlərdən birinə çevrilir, “Loup Ventures” investiya şirkətinin həmtəsisçisi və “alma” şirkətinin məhsulları üzrə tanınmış analitiklərdən biri olan Gene Manster belə hesab edir.

A24.Az “dailycomm” saytına istinadən xəbər verir ki, mütəxəssis dəfələrlə bildirib ki, xidmət istiqaməti “Apple”ın gələcək uğurunu təminidir. Korporasiyanın rüblük nəticələri də bunu təsdiq edir: 30 iyun 2018-ci il tarixində bitən üç aylıq hesabat dövrü üçün “Apple”ın xidmət gəliri ötən illə müqayisədə 33% artaraq 9,5 milyard dollara yaxınlaşıb.

“Hazırda 24 ölkədə “Apple Pay” ödənişləri keçərlidir və tezliklə Almaniya da bu ölkələrin siyahısına qoşulacaq. Biz hesab edirik ki, “Apple Pay” ödəniş xidmətinin istifadəçi bazası təxminən 253 milyon nəfər təşkil edir, bunun da 215 milyonu beynəlxalq auditoriya, 38 milyon isə ABŞ-dan olan istifadəçilərdir” – analitik deyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar