"Apple Watch" 76 yaşlı sahibinin həyatını xilas etdi

“Apple Watch” 76 yaşlı sahibinin həyatını xilas etdi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın “Apple” şirkətinin istehsalı olan “ağıllı” saat sahibinin həyatını xilas edib.

A24.Az Vladtime.ru-ya istinadən xəbər verir ki, “Apple Watch” təzyiqinin qalxması barədə sahibinə xəbərdarlıqlar göndərib və onu vaxtında həkimə müraciət etməyə məcbur edib.

Honkonqun 76 yaşlı sakini Qaston D`Akuinoda həkimlər iki koronar damarın tıxanıqlığını aşkar ediblər. Üçüncü damar isə tutulmaq ərəfəsində olub. Zəruri tibbi müdaxilə nəticəsində onun həyatı qurtarılıb və növbəti gün evinə buraxılıb.

Pensiyaçı “Apple” şirkətinin rəhbəri Tim Kuka minnətdarlıq məktubu göndərib və onu “ağıllı” saatların reklamını genişləndirməyə çağırıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Sağlamlıq, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar