A24 Xeber

“Apple”da “Siri”ylə zarafat edərkən ehtiyyatlı olun, həbs oluna bilərsiniz!

“Apple”da “Siri”ylə zarafat edərkən ehtiyyatlı olun, həbs oluna bilərsiniz!
540
24 Mart 2017 - 18:50

“Apple”ın asistenti kimi tanınan “Siri”ylə zarafat etmədən əvvəl buna diqqət edin. Çünki “Siri” ilə zarafat edəndən sonra sizi həbs cəzası gözləyə bilər.

“A24.Az”ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bir çox ölkələrdə “Siri”nin həqiqi məqsədindən başqa daha çox əyləncə üçün istifadə edildiyini söyləsək, yanılmarıq. Son dövrlər internetdə “Siri” vasitəsi ilə zarafat yönümlü hərəkətlər daha da artıb. Xüsusilə də Hindistanda “Siri”yə “108” dedirtməyə çalışırlar. “108” isə Türkiyədəki “112” kimi təcili nömrə mənasını daşıyır. ABŞ-da isə “108” deyildiyi zaman “Siri” bunun qaynar xətt olduğunu anlayıb, “911”ə zəng edir.

Odur ki, “Siri” vasitəsi ilə ABŞ-da və bir çox ölkələrdə qaynar xətlər məşğul edilməyə başlanılıb. Bununla yanaşı, həqiqətən də artıq insanlar arasında qaynar xətlərə düşməmək kimi çətinliklər yaranıb. Bu tərz zarafatlar artmaqda davam edir və insanların təcili xidmət nömrələrini, qaynar xətləri məşğul etməsi o xidmətə ehtiyacı olanları çətin vəziyyətdə qoyur.

ABŞ nümayəndələri isə bu cür zarafatlar edən insanların ölkədə həbs olunmasına belə səbəb ola biləcəyini və bu mövzuda insanların diqqətli olmasını xəbərdarlıq edir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00