Aprel döyüşləri zamanı düşmənin Tərtər rayonunda dağıtdığı evlər bərpa olunur

a24.az
Want create site? Find Free WordPress Themes and plugins.

Erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində Tərtər rayonunda dağılmış mülki əhaliyə məxsus evlərin bərpası davam etdirilir.

Bərpa və təmir işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılır.

“A24.az” Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, zərər çəkmiş evlərdən 5-də bərpa, 15-də təmir işləri başa çatıb. Hazırda bir evin tikintisi, 3 evin bərpası, 3 evin təmiri davam etdirilir.

Tərtər şəhərində daha çox dağıntıya məruz qalmış Fikrət Əmirov küçəsində infrastruktur yenidən qurulub, küçənin elektrik, qaz xətləri yenidən çəkilib, divarlar aqlay daşı ilə üzlənib, yola yeni asfalt örtüyü döşənib.

Aprel ayında düşmənin atəşi nəticəsində Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdıqları 51 ev də zərər çəkib. Bu evlərin təmiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Qismən zərər çəkmiş 130 evə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən mal-material paylanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar