Aprel qazisinə Türkiyədə kök hüceyrə köçürüldü, artıq gəzə biləcək- FOTOLAR

Aprel qazisinə Türkiyədə kök hüceyrə köçürüldü, artıq gəzə biləcək- FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.
Türkiyənin məşhur LİV Hospital klinikasından daha bir uğurlu əməliyyatın sorağını aldıq. Bu dəfə Hospitalda aprel qazisi onurğasından əməliyyat olunaraq, ayağa qaldırıldı.
A24.Az AZXEBER.COM-a istinadla  xəbər verir ki, Aprel döyüşləri  qazisi, baş leytenant  Azər Arif oğlu Məmmədov 2016-cı il aprel döyüşlərində onurğasından yaralanıb, bu vaxta kimi 2 dəfə əməliyyat olunub. Heydər Əliyev fondunun dəstəyi və Healthis Assistance Şirkətinin rəhbəri Sənan Quliyevin təşkilatçılığı ilə bu ay LİV Hospitala gətirilib. Pasiyentə  LİV Hospitalın kök hüceyrə nəqli üzrə Professor doktor Erdal Karaöz tərəfindən 2 kurs kök hüceyrə nəqli və Prof. Dr. Çağatay Öztürk tərəfindən onurğa əməliyyatı keçirilib. Hal-hazırda səhhəti çox yaxşıdır.
Hospitala gələndə əlil arabasında gəlmişdi, sağ tərəfdə və  belində gücsüzlük, hissiyatsızlıq var idi. İndi tutaraq özü qalxır, dayanır, addımları daha yaxşıdır.
LİV Hospital Onurğa Cərrahiyyəsi bölümünün rəhbəri, Prof. Dr. Çağatay Öztürk  pasiyentin özünün də əzmi ilə sərbəst, müstəqil gəzəcəyinə inanır:
” Sevgili Azərin əməliyyatını uğurla bitirdik. Çox ağır, talehsiz bir yaralanma keçirib. Əslində yaralandığı ilk andan bu vaxta kimi keçirdiyi müalicə və əməliyyatlar yerində olmuş, xəstənin nevroloji durumu düzəlmişdi. Lakin bir tərəfli gücsüzlük, tam yeriyə bilməməsinin səbəbini araşdırdıq. Əvvəl taxılmış implantlarda yetərsizlik aşkar etdik.

Sinir kanalını sıxışdıran çox sayda sümük parçalarını təmizlədik. Oturması, ayağa durması bundan sonra daha yaxşı olacaq. Azər bəyin bir hərbçi əzmi ilə bundan sonra daha yaxşı nəticələrə gələcəyini görürəm. Bu gün üçün hər şey bitmiş  deyil. Müalicə, müşahidə və reabilitasiyamız davam edəcək”.
Aprel qazisinin müalicəsi ilə hospitalın rəhbəri Meri İstiroti, baş həkim Dr. Adil Tanık, baş həkim yardımçısı Dr. Halil Hüzmeli, Beynəlxalq şöbənin müdiri Dr. Fatih Akpınar birbaşa maraqlanıb, onu ziyarət ediblər.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar