Apteklərdəki təhlükəli hal - VİDEO

Apteklərdəki təhlükəli hal – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Aptekdən dərman alarkən qutunu açdırıb içindən istənilən sayda dərmanı almaq mümkündür.

“A24.az” Xəzər Xəbər bildirir ki, həmin dərmanın içlik vərəqəsini dənə ilə yox, qutu ilə alana verirlər. Belə hal da kifayət qədər təhlükəlidir. Axı dənə ilə dərman alan şəxs onun mümkün fəsadları haqqında heç bir məlumat əldə edə bilmir. Bəs bu vəziyyətdə hansı addımı atmaq olar?

Bir çox hallarda vətəndaşlar aptekdən dərmanı yazılan reseptə uyğun sayda alırlar. Yəni dərman qutusu açılır, içərisindən bir neçəsi müştəriyə verilir. Belə olduqda isə dərmanla bağlı bütün məlumatların yazıldığı içlik vərəqəsi qutuda qalır. Sorğu zamanı da şahidi olduq ki, vətəndaşlar ümumiyyətlə dərmanın içindəki məlumat kağızına ciddi əhəmiyyət vermirlər.

Əczaçıların sözlərinə görə, belə hallar tez-tez olur. İmkanı daxilində və ya həkimin yazdığı sayda dərman alan şəxslərə qutudan dərman verildikdə ona içlik vərəqəsini oxunması təklif olunur. Oxuya bilməyənə isə şifahi məlumat verilir.

Sağlamlıq üzrə ekspert Anar Xəlilovun sözlərinə görə, bu cür vəziyyət dünya təcrübəsində yoxdur. Yalnız Azərbaycanda dərmanlar qutudan çıxarılıb dənə ilə satılır. Bu da kifayət qədər təhlükəlidir. Ekspert bu məsələdə aptekçilərin üzərinə böyük məsuliyyət düşdüyünü deyir.

https://youtu.be/3GPbDtX317s

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar