A24 Xeber

“Aranızda kişi yoxdur?” davası qanla bitdi: Polis bıçaqlandı

“Aranızda kişi yoxdur?” davası qanla bitdi: Polis bıçaqlandı
72
01 Aprel 2018 - 11:43

Xocavənd rayonunda hadisə yerinə gedən polis əməkdaşı bıçaqlanıb.

“A24.az” bildirir ki, Xocavənd rayonunda Fəxri adlı şəxs ailə üzvləri ilə dava etdiyi üçün onun atası Fikrət polisə müraciət edib. Polis hadisə baş verən yerə gəldikdə isə Fəxri daha da aqressivləşib və əlinə bıçaq alaraq onların üzərinə gedib. Bu zaman polis əməkdaşları kənara çəkiliblər. Fəxri polis əməkdaşlarına “aranızda kişi yoxdur?”, – deyərək onları təhqir edib.

Orxan adlı polis əməkdaşı təhqirə dözməyərək Fəxrinin üzərinə yeriyib. Bu zaman Fəxri bıçaqla polis əməkdaşının qarın nahiyyəsinə bıçaqla zərbələr endirib. Polis əməkdaşı xəstəxanaya yerləşdirilib, əməliyyat zamanı Orxanın bir böyrəyi və dalağı çıxarılıb. Polis əməkdaşı hazırda Bakı şəhərində xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, Fəxri ilə bıçaqlanan polis əməkdaşı Orxan sinif yoldaşı olublar.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Yenicag.az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00